9 C
Baku
Monday, November 17, 2025

Dövlət Neft Fondunun 3 illik auditini keçirəcək şirkət bəlli oldu

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

Fonddan verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş ” PricewaterhouseCoopers” (“PwC”) şirkəti müsabiqənin qalibi müəyyən edilib və ARDNF haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan prezidenti tərəfindən fondun 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

Son xəbərlər
Digər xəbərlər