Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin ilk 4 ayı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Banker.az Fonda istinadən xəbər verir ki, ilin yanvar-aprel aralığında AÇG yatağından 1 mlrd. 798.6 mln. ABŞ dolları gəlir əldə edib.
Bu da illik müqayisədə 669.4 milyon dollar və ya 27 faiz azalmadır.
Şahdəniz yatağından (qaz və kondensat) illik müqayisədə 2.5 faiz artaraq 202.72 mln. dollar olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri isə illik müqayisədə 60.78 mln. dollar olub. Bu illik 69 faiz azalmadır.