8 C
Baku
Wednesday, January 8, 2025

Dövlət Neft Fondunun AÇG-dən gəlirləri azalıb

Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından əldə olunan gəlirlər 2023-cü illə müqayisədə 2024-cü ildə nəzərəçarpacaq dərəcədə azalıb.

Banker.az xəbər verir ki, ARDF məlumat yayıb.

AÇG yatağından 2024-cü il ərzində  6 milyard 158.5 milyon ABŞ dolları məbləğində gəlir əldə olunub ki, bu da bir il əvvəlki dövrə olan 6 milyard 899.2 milyon dollar ilə müqayisədə 740.7 milyon dollar, yəni təxminən 10.7% azalma deməkdir.

Şahdəniz yatağından (qaz və kondensat) əldə olunan gəlirlərdə isə daha ciddi azalma qeydə alınıb. 2024-cü ildə bu göstərici 442.085 milyon dollar təşkil edib, halbuki 2023-cü il ərzində bu rəqəm 1 308 milyon dollar idi. Beləliklə, 865.915 milyon dollar, yəni təxminən 66% azalma müşahidə olunub.

Xüsusilə Şahdəniz yatağından kondensatın satışından əldə edilən gəlirlərdə də kəskin azalma qeydə alınıb. 2023-cü ildə bu göstərici 324.396 milyon dollar olduğu halda, 2024-cü ildə 132.482 milyon dollarna düşüb. Bu isə 191.914 milyon dollar, yaxud təxminən 59.2% azalma deməkdir.

Gəlirlərin azalması qlobal enerji bazarındakı qiymətin öncəki ildən aşağı olması və hasilat həcmlərinin düşməsi ilə əlaqəlidir.

Son xəbərlər
Digər xəbərlər