25 C
Baku
Monday, July 1, 2024

Dövlət Neft Fondunun AÇG-dən gəlirləri illik $1.5 mlrd. azalıb

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə 2023-cü ilin ilk 8 ayına olan gəlirlər barədə məlumat açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-in açıqlamasında bildirilir.

Belə ki, AÇG-dən ARNDF- daxil olan gəlirlər ilin yanvar-avqust ayları ərzində 4 milyard 158 milyon ABŞ dolları olub. Bu 2022-cü ilin müvafiq dövründə 5 mlrd. 683 mln. dollar idi. Beləliklə, AŞG-dən daxil olan gəlirlər 1 mlrd. 525 mln. dollar və ya 27 faiz azalıb.

Şahdəniz yatağıdan isə 259.55 mln. dollar təşkil edib ki, bu, illik 6.8 mln. dollar və ya 3 faiz artımdır.

OPERATOR: HASİLAT AZALIB…

Qeyd edək ki, AÇG-nin operatoru BP bildirib ki, cari ilin ilk 6 ayında yataqdan ümumilikdə təxminən 68 milyon barel neft hasil edilib. Bu 2022-ci ilin eyni dövründə 77 milyon barel idi.

Son xəbərlər
Digər xəbərlər