15 C
Baku
Tuesday, April 30, 2024

2024-cü ilin iki ayında Dövlət Neft Fondunun AÇG-dən gəlirləri illik 35% azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2024-cü ilin ilk iki ayında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 862 mln. ABŞ dolları gəlir əldə etdiyini açıqlayıb.

Banker.az bunu Fonda istinadən xəbər verir.

Bununla da hasilatı aybaay düşən AÇG-dən Dövlət Neft Fondunun gəlirləri 35 faizə yaxın düşüb. 2023-cü ilin müvafiq iki ayında AÇG-dən 1 mlrd. 324 mln. dollar gəlir əldə edilmişdi.

Şahdəniz yatağından (qaz və kondensat) əldə edilən gəlir ilin yanvar-fevral aylarında 78.5 mln. dollar olub. Bu göstərici öncəki il cəmi 58.06 mln. dollar idi. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 15.7 mln. dollar olub.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər