2023-cü ilin ilk 10 ayı üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərləri açıqlanıb.
Banker.az bunu Fondun açıqlamasına istinad edir.
Bildirilir ki, AÇG yatağından hesabat dövrü ərzində 5 milyard 865.8 mln. ABŞ dolları gəlir əldə edib. Bu da öncəki ildə 8 326 mln. ABŞ dolları olduğunu nəzərə alsaq, illik müqayisədə 29 faiz azalmadır.
Bu həftə BP şirkəti açıqlayıb ki, 2023-cü ilin üçüncü rübü ərzində AÇG yatağından gündəlik hasilat 12 faizə yaxın düşüb.
İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (89 000), Şərqi Azəri (59 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub. Öncəki ilin müvafiq dövründə gündə orta hesabla 418 000 barel və ya ümumilikdə təxminən 114 milyon barel, yəni 15 milyon ton olmuşdu.
Hesabatda qeyd edilir ki, Şahdəniz yatağından (qaz və kondensat) hesabat müddətində 1 milyard 183 mln. ABŞ dolları təşkil edib. Bu da 2022-ci ilin eyni dövründə 1 milyard 209 mln. ABŞ dolları idi.
Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 259.55 mln. ABŞ dolları olub.