2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli yatağı üzrə gəlirləri 6 mlrd. 899.2 mln. ABŞ dolları təşkil edib.
Banker.az bu barədə respublikanın suveren fondunun açıqlamasına istinad edir.
Bu da 2022-ci illə müqayisədə 2 mlrd. 990 mln. dollar və ya 30 faiz az olub. Öncəki ildə ARDNF-in AÇG-dən gəlirləri 9 mlrd. 889 mln. dollar idi.
Şahdəniz yatağından (qaz və kondensat) ötən il 1 mlrd. 308 mln. dollar təşkil edib ki, bu da illik 9 faiz azalıb.
Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 324.4 mln. dollar təşkil edib. 2022-ci ildə bu rəqəm 328.57 mln. dollar idi.