2 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondunun bank depozitlərinə investisiyaları 2 dəfədən çox artıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bank depozitlərinə investisiyalarının həcmi 2017-ci il yanvarın 1-nə 3,759 mlrd. manat təşkil edib.

Bu barədə Fondun “PWC-Azerbaijan” MMC tərəfindən hazırlanmış audit hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 2,1 dəfə çoxdur. Kəskin artım ARDNF-in ötən il “Azərbaycan Beynəlxalq Bankı”nda yerləşdirdiyi 1,774 mlrd. manatlıq depozit hesabına olub.

Fond həmçinin Türkiyənin 4 bankında yerləşdirdiyi depozitlərin həcmini artırıb. Belə ki, bu rəqəm “Zıraat Bankası” üzrə 10,6% artaraq 429 mln. manata, “Akbank” üzrə 19,7% artaraq 280 mln. manata, “İş Bankası” üzrə 9,2% artaraq 638 mln. manata, “Garanti Bankası” üzrə 8,7% artaraq 638 mln. manata çatdırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər