1 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondunun büdcəsinin gəlirləri üzrə proqnoz 7.35 mlrd. manata qaldırılır – Büdcədə dəyişiklik!

Azərbaycan Respublikasının icmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 2023-cü ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 7 milyard 346.6 milyon manat və ya 81.7 faiz artırılaraq 16 mlrd. 337.5 milyon manat məbləğində nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11 mlrd. 812.9 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 457,7 milyon manat və ya 4.0 faiz çoxdur.

Qeyd edək ki, 2023-cü il üzrə büdcəyə 11 milyon 737.7 milyon manatı və ya 34.7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert olunacaq.

Son xəbərlər
Digər xəbərlər