28 C
Baku
Wednesday, September 3, 2025

Dövlət Neft Fondunun bu ilki büdcəsində dəyişiklik ediləcək

2017-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Banker.az-a bu barədə Fonddan məlumat daxil olub.

Azərbaycan Respublikasının Baş Naziri, ARDNF-nin Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş Fondun 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər