Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə daşınmaz əmlak üzrə investisiya portfelindən gəliri açıqlanıb.
Banker.az bu barədə Hesablama Palatasının Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəyinə istinad edir.
Rəydə qeyd edilir ki, Fond hesabat ilində daşınmaz əmlak alt portfelinin strukturuna daxil olan birbaşa investisiyalar üzrə 6.17% və ya 42.48 milyon manat gəlirlilik əldə edib, məzənnə fərqindən yaranan zərəri isə 44.96 mln. manat olub.
Fond London şəhərinin “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak üzrə 2018-ci ildə başlayan və hesabat ilində də davam edən təmir işləri ilə bağlı 2021-ci ildə 27.1 mln. funt sterlinq vəsait yönəldilib.
“Gəlirlilik göstəricisinin Daşınmaz əmlak alt portfelinin digər istiqamətləri ilə müqayisədə aşağı olması Palata tərəfindən verilən əvvəlki illərin rəylərində də qeyd edildiyi kimi birbaşa investisiya aləti üzrə daşınmaz əmlak bazarının tələblərinə uyğun mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla yeni tənzimləmə mexanizmlərinin tətbiqinə zərurət yarandığını deməyə əsas vermişdir”- deyə, Palatanın rəyində deyilir.