6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Neft Fondunun ehtiyatından qənatələ istifadə etməyə şərait yaranıb – Palata

2023-cü ilin Azərbaycanın dövlət büdcəsinə dair təqdim edilmiş məlumatlarda Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 11 mlrd. 280 mln. manat transfert nəzərdə tutulub.

Bu barədə Banker.az Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verilən şərhə istinad edir.

Bu da 2022-ci ilin yenidən baxılmış göstəricisi ilə müqayisədə 237.5 mln. manat və ya 2.1% azdır.

“Büdcə zərfi”ndə mümkün risklərdən sığortalanmaq məqsədilə ehtiyatlı yanaşma tətbiq edilərək, xam neftin ixrac qiymətinin 50 ABŞ dolları nəzərdə tutulduğu qeyd edilmişdir. Neftin faktiki qiymətinin proqnozla müqayisədə yüksək olacağı və qeyri-neft sektoru üzrə daxilolmaların reallaşdırılacağı təqdirində dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinin artıqlaması ilə icra edilməsi ARDNF transfertlərinə qənaətə şərait yarada bilər.

Qeyd edək ki, 2022-ci ilin ilkin təsdiq edilmiş büdcəsində ARDNF transfertləri 12 mlrd. 710 mln. manat həcmində proqnozlaşdırılsa da, həyata keçirilmiş yenidən baxılma zamanı bu mənbə üzrə daxilolmalar 1 mlrd. 192.5 mln. manat azaldılaraq, 1 mlrd. 1517.5 mln. manat təsdiq edilmişdir. Cari ilin yanvar-sentyabr aylarında 74 valyuta hərracında 3 mlrd. 857.3 mln. ABŞ dolları həcmində valyuta satışı həyata keçirilmişdir.

Hərraclarda təklif edilən valyuta həcminin tələb azlığı səbəbindən tam reallaşdırıla bilinməməsi cari ilin yanvar-avqust aylarında ARDNF transfertlərinin 82.9% (1 mlrd. 184.8 mln. manat az) icrası ilə nəticələnmişdir.

Dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinin proqnozla müqayisədə əhəmiyyətli fərqlə yüksək icrası büdcənin xarici valyutaya olan tələbinin büdcə gəlirləri hesabına ödənilməsini mümkün etməklə, ARDNF transfertlərindən qənaətlə istifadəyə imkan yaratmışdır.

Son xəbərlər
Digər xəbərlər