7 C
Baku
Sunday, December 15, 2024

Dövlət Neft Fondunun gəlir proqnozu azaldılıb, xərcləri artırılır – Prezidentdən fərman

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Prezidenti həftənin bazar ertəsi fərman imzalayıb.

Yenidəyişikliyə görə, ARDNF-in gəlirlərinin həcmi 12 384 088.2 min manatdan 7 832 893.4 min manata, xərcləri isə 11 589 910.3 min manatdan 12 439 910.3 min manata qaldırılıb.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 10 563 404.5 min manatdan 6 646 940.7 min manata qədər azaldılıb.

(2.2) Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri 4 692.0 min manatdan 6 752.4 min manata, (2.3) Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 19 380.0 min manatdan 21 080.0 min manata artırılmaqla , Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 031 271.7 min manatdan 390 342.9 min manata qədər azaldılmaqla dəyişdirlilib.

Bundan əlavə Azərbaycan Respublikası dövlət büdcəsinə transfertlərin həcmi üçün nəzərdə tutulan məbləğin həddi 11 350 000.0 min manatdan 12 439 910.3 min manata kimi artırlılıb.

Xatırladaq ki, Azərbaycan höküməti 2020-ci il üzrə Dövlət Büdcəsində Brent markalı neftin orta qiymətini 55 dollar/barrel səviyyəsində götürmüşdü.

Son xəbərlər
Digər xəbərlər