Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağından bu ilin 8 ayında, yəni, 01.01.2018 – 01.09.2018 tarixinə 6,66 mln. ABŞ dolları məbləğində daxilolmalar olub. Ötən ilin eyni dövrünə tam məlumat olmasa da, bu ilin 7 ayındakı gəlir, 2017-ci ilin ilk 7 ayındakı gəlirdən 58% daha çox olmaqla 3,61 mln. manat təşkil etmişdi.
Qeyd edək ki, 2001-ci ildən bu il sentyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,142 mlrd. dollar gəlir əldə olunub.
Bu ilin yanvar-avqust aylarında “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışından Fonda 115 mln. dollar daxil olub.
Fond 2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından isə 2,506 mlrd. dollar əldə edib.