Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanının 1-ci hissəsində “8 370 589,8” və “14 483 856,0” rəqəmləri müvafiq olaraq “10 813 861,6” və “15 242 928,0” rəqəmləri ilə əvəz edilib.
2-ci hissədəki cədvəlin 2.1-ci bəndində “7 550 705,3” rəqəmləri “9 826 212,0” rəqəmləri ilə, 2.2-ci bəndində “3 465,0” rəqəmləri “3 605,5” rəqəmləri ilə, 2.3-cü bəndində “16 830,0” rəqəmləri “17 688,5” rəqəmləri ilə, 2.4-cü bəndində “799 094,6” rəqəmləri “963 948,0” rəqəmləri ilə, 2.5-ci bəndində “495,0” rəqəmləri “2 407,6” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “8 370 589,9” rəqəmləri “10 813 861,6” rəqəmləri ilə əvəz edilib.
3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilib:
Sıra №si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 105 000,0 |
3.2. | Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi | 6 100 000,0 |
3.3. | Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi | 7 500 000,0 |
3.4. | Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
3.5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 165 825,0 |
3.6. | “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 29 304,0 |
3.7. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 496 155,0 |
3.8. | Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 744 072,0 |
3.9. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 32 572,0 |
Cəmi | 15 242 928,0 |
Bu fərmanla təsdiq edilmiş “2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti”nin 1.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilib:
“1.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.”.
Azərbaycan Respublikasının Dövlət Neft Fonduna bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.