12 C
Baku
Wednesday, December 11, 2024

Dövlət Neft Fondu ilin altı ayına 10,7 mlrd. manat gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10698,3 milyon manat, büdcə xərcləri isə 4 499,4 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% daha çox bu il gəlir əldə etməsi deməkdir.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu ilin yanvar-iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatda deyilir.

Bildirək ki, ötən ilin eyni ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 173,7 milyon manat, büdcə xərcləri isə 4 731,6 milyon manat olmuşdu.

2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 141,2 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 513,1 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 4 413,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayrılmışdır. 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat təşkil etmişdir.

2019-cu il iyunun 30-a ARDNF-nin aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 10,25% artaraq 42 463,7 milyon ABŞ dolları təşkil etmişdir.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər