14 C
Baku
Saturday, November 16, 2024

Dövlət Neft Fondunun ilin ilk üç rübündən gəliri Azəri-Çıraq-Günəşlidən $4.6 mlrd. olub

Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından əldə olunan gəlirləri 12 faiz azalıb.

Banker.az xəbər verir ki, 2024-cü ilin ilk üç rübü ərzində AÇG yatağından 4 milyard 603.7 milyon ABŞ dolları gəlir əldə edilib ki, bu da 2023-cü ilin eyni dövründə əldə olunan 5 milyard 234 milyon ABŞ dolları ilə müqayisədə təxminən 12% azalma deməkdir.

Şahdəniz yatağından (qaz və kondensat) gəlirlər isə 2023-cü ildəki 1 milyard 183 milyon ABŞ dolları ilə müqayisədə bu il 364.46 milyon ABŞ dolları təşkil edib. Bu, təxminən 69% azalmadır. Xüsusilə, Şahdəniz yatağından kondensatın satışından əldə edilən gəlirlər 2024-cü ilin ilk doqquz ayında 113.88 milyon ABŞ dolları təşkil edib, ötən il isə bu rəqəm 259.55 milyon ABŞ dolları idi.

Qeyd edək ki, yataqlardan gəlirlərin düşməsi əsasən neft hasilatının keçən illə müqayisədə bu il daha aşağı olmasıdır.

Son xəbərlər
Digər xəbərlər