10 C
Baku
Thursday, December 12, 2024

Dövlət Neft Fondunun investisiya portfelində $9.65 milyardlıq səhm portfeli var

2022-ci ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli 9 mlrd. 646 mln. ABŞ dolları təşkil edib, portfeldə xüsusi çəkisi 19.6% olub.

Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.

Bu portfelə “MSCI World” (Banker.az red. – dünyanın inkişaf etmiş ölkələrinin qlobal fond indeksi), “MSCI Europe ex UK” indekslərinə daxil olan şirkətlərin səhmləri, eləcə də Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmləri, habelə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən idarə olunan “ALAC” (Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələri), “Katalist” və “Global İnfrastruktur” özəl səhm fondlarına, eləcə də fərqli mandat üzrə “Neuberger Berman” şirkətinin idarəetməsində olan özəl səhm fonduna, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən idarə olunan “EPF” fonduna, “Blackstone” şirkəti tərəfindən idarə olunan “Blackstone Core Equity Partners” və “BCP Asia II” fondlarına, “Fondo Strategico Italiano” tərəfindən idarə olunan “FSI Fund I” və “FSI Fund II” fondlarına, “BC Partners” şirkəti tərəfindən idarə olunan “BC European Capital Partners X” və “BC Partners XI” fondlarına, “Carlyle Group” şirkəti tərəfindən idarə olunan “Carlyle Europe V”, “Carlyle Partners VII” və “Carlyle Europe Technology Partners V” fondlarına, “Vista” şirkəti tərəfindən idarə olunan “Vista Equity Partners VII” və “Vista Equity Partners VIII” fondlarına, “Thoma Bravo” şirkəti tərəfindən idarə olunan “Thoma Bravo Fund XIII”, “Thoma Bravo Explore Fund” və “Thoma Bravo Fund XV” fondlarına, “Apollo Global Management” şirkəti tərəfindən idarə olunan “Apollo Fund IX” və Apollo Fund X” fondlarına, “Warburg Pincus LLC” şirkəti tərəfindən idarə olunan “Warburg Pincus Global Growth Fund” fonduna, “Baring” şirkəti tərəfindən idarə olunan “Baring Private Equity Asia Fund VII” və “Baring Private Equity Asia Fund VIII” fondlarına, “PAG” şirkəti tərəfindən idarə olunan “PAG Asia Capital III” fonduna, “Blue Owl” şirkətinin idarəetməsində olan “Dyal Capital Partners IV” və “Dyal Capital Partners V” fondlarına, “Brookfield” şirkəti tərəfindən idarə olunan “Brookfield Infrastructure Fund IV” və “Brookfield Infrastructure Fund V” fondlarına, “Cinven” şirkətinin idarəetməsində olan “Cinven Fund VII” və “Cinven Fund VIII” fondlarına, “Leonard Green & Partners (LGP)” şirkəti tərəfindən idarə olunan “Green Equity Investors VIII” və “Green Equity Investors IX” fondlarına, “Vitruvian Investors” şirkəti tərəfindən idarə olunan “Vitruvian Investment Partners IV” fonduna, “CVC” şirkəti tərəfindən idarə olunan “CVC VIII” fonduna, “Ares” şirkəti tərəfindən idarə olunan “Ares Corporate Opportunity Fund VI” fonduna, “KKR” şirkəti tərəfindən idarə olunan “KKR IV” və “KKR North America XIII” fondlarına, “Francisco Partners” şirkəti tərəfindən idarə olunan “Francisco Partners VII” fonduna, “Clayton, Dubilier & Rice” şirkəti tərəfindən idarə olunan “Clayton, Dubilier & Rice XII” fonduna ; “Ares”, “Apollo Global Management”, “KKR”, “BC Partners”, “Cinven” və “Vista” ilə birlikdə müştərək investisiyalar, həmçinin “Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan investisiyalar daxil olub.

“Azerbaijan Rigs” layihəsinin ümumi xərcləri 1 milyard ABŞ dolları təşkil etmiş, ARDNF layihəyə 2013-2017-ci illərdə öz payına uyğun olaraq 838.0 milyon ABŞ dolları vəsait investisiya etmişdir. 2022-ci ilin sonunda, “Azerbaijan Rigs” layihəsi cari bazar şərtlərinə uyğun olaraq “KPMG Azerbaijan Limited” şirkəti tərəfindən dəyərləndirilmiş və yeni dəyəri 311.9 ABŞ dolları təşkil etmişdir ki, nəticədə layihənin dəyəri 526.1 milyon ABŞ dolları azalması müəyyən edilib.

Hesabat ilində Səhm alt portfelinə Neft-qaz gəlirlərinin hesabına ümumilikdə 2 mlrd. 836.0 mln. ABŞ dolları məbləğində yeni investisiya edilmiş, 2022-ci ildə alt portfelə daxil olan alətlərin bazar dəyərinin dəyişməsi nəticəsində 1 608.2 mln. ABŞ dolları və alt portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnəsinin dəyişməsi ilə 175.0 mln. ABŞ dolları zərər edilməsi nəticəsində alt portfeldə artım 1 mlrd. 042.6 mln. ABŞ dolları olması müəyyən edilib. Həmçinin lokal valyutada mənfi gəlirlilik üzrə ən böyük pay (aktiv növünün ümumi investisiya portfelindəki çəkisi nəzərə alınmaqla) səhm alt portfelində olmasına baxmayaraq hesabat ilində vəsaitlərin strateji bölgüsü çərçivəsində səhm alt portfelinin xüsusi çəkisi artıb.

Hesabat ilində Fondun Səhm alt portfeli üzrə gəlirliliyi -16.7 % təşkil etmişdir ki, mənfi gəlirlilikdə ən böyük pay “VTB” şirkətinin səhmləri üzrə qeydə alınıb (-66.0%).

22222

Son xəbərlər
Digər xəbərlər