13 C
Baku
Friday, November 22, 2024

Dövlət Neft Fondunun mənfəəti 3 dəfədən çox azalıb

Dövlət Neft Fondu (ARDNF) 2021-ci ili 1 milyard 556 milyon manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə ARDNF-in xalis mənfəəti 5 milyard 360 milyon manat olub ki, bu da illik müqayisədə 3.4 dəfə azdır.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə Neft Fondunun cəmi əməliyyat gəliri 3.4 dəfə azalaraq 1 milyard 568 milyon manat, əməliyyat xərcləri 15% azalaraq 74 milyon 192 min manat olub.

31 dekabr 2021-ci il tarixinə ARDNF-in cəmi aktivləri 76 milyard 917 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 3.4% çoxdur. Neft Fondunun cəmi kapitalı 3.5% artaraq 76 milyard 332 milyon manat, cəmi öhdəlikləri isə 9% azalaraq 585 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər