9 C
Baku
Friday, December 13, 2024

Dövlət Neft Fondunun maliyyə aktivləri azalıb – rəsmi açıqlama

Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) mənfəət və ya zərər hesablarında ədalətli dəyərlə ölçülən maliyyə aktivləri 56 milyard 870.41 milyon manat təşkil edib.

Banker.az bu barədə Dövlət Neft Fondunun maliyyə hesabatına istinadən xəbər verir.

Bu, 2020-ci ilin yanvarın 1-i ilə müqayisədə 4.6 % azdır.

Hesabat dövründə ARDNF-nin maliyyə aktivlərinin 12 milyard 276,695 milyon manatı (illik müqayisədə 32.1 % çox) agentlik/beynəlmiləl qurumların istiqrazlarının, 17 milyard 158.40 milyon manatı (31.9 % az) korporotiv istiqrazların, 13 milyard 683.08 milyon manatı (10.1 % çox) suveren istiqrazların, 9 milyard 72.84 milyon manatı (12.9 % çox) səhmlərin, 1 milyard 348.52 milyon manatı (49,5 % çox) özəl səhm fondlarının, 3 milyard 239.1 milyon manatı (24,2 % çox) daşınmaz əmlak fondlarının, 91.79 milyon manatı (12.4 dəfə az) pul bazarı alətlərinin payına düşüb.

Xatırladaq ki, Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilib. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir.

ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

Son xəbərlər
Digər xəbərlər