Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası ARDNF-in İcraçı direktorunun təqdim etdiyi fondun 2015-ci ildə fəaliyyəti haqqında illik hesabatını, 2015-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib və ARDNF-in 2015-ci il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.
Bu barədə AZƏRTAC-a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.