Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ili 7 milyard 858 milyon manat xalis mənfəət ilə başa vurub. Fond 2023-cü ili 8 milyard 102 milyon manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 3% azalmadır.
Banker.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il Neft Fondunun istiqrazlardən əldə etdiyi gəlir 3 milyard 35 milyon manatdan 680 milyon manata, səhmlərdən əldə etdiyi gəlirlər 3 milyard 609 min manatdan 3 milyard 213 min manata düşüb, qızıl külçələrdən gəliri isə 1 milyard 373 milyon manatdan 3 milyard 386 milyon manata çatıb.