3 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondunun pul bazarı fondlarına investisiyaları kəskin azalıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) pul bazarı fondlarına investisiyalarının həcmi ötən il təxminən 10 dəfə azalaraq 198,518 mln. manat təşkil edib.

Bu barədə Fondun 2017-ci il üzrə illik maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, investisiyaların 173,933 mln. manatı (11 dəfə azalma) kredit reytinqləri AAA olan “BlackRock ICS-Institution Liquidity Funds plc”, 24,585 mln. manatı isə (3 dəfə artım)“The Goldman Sachs Group, Inc” pul bazarı fondlarına qoyulub.

Qeyd edək ki, pul bazarı fondlarına investisiyalar bu fondların tələbi əsasında ödənilən səhmlərdən ibarətdir və yüksək dərəcədə likvidlidir. Bu fondlar aktivlərini qısamüddətli borclara və bununla bağlı alətlərə, məsələn, kommersiya qiymətli kağızlarına, depozit şəhadətnamələrinə, faiz dərəcəsi dəyişkən olan istiqrazlara, ABŞ xəzinə istiqrazlarına, avrobondlara və aktivlərlə təmin edilmiş qiymətli kağızlara yatırır. Fonda ödəniləcək faiz və dividendlər yenidən investisiya edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər