Azərbaycan respublikası Dövlət Neft Fondu 2019-cu il ərzində qızıl külçələrindən böyük gəlir əldə edib.
Banker.az xəbər verir ki, bu barədə beynəlxalq audit şirkəti “PwC Azerbaijan” tərəfindən aparılan hesabatda qeyd edilir.
Ölkənin suveren fondunun qızıl külçələrindən xalis gəliri 1 milyard 194.59 milyon manat təşkil edib.
Bu da öncəki illə müqayisədə 37 dəfə çox olması deməkdir.