2022-ci ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Yaponiyanın Tokyo şəhərində yerləşən Kirarito Ginza daşınmaz əmlak kompleksinin icarəyə verilməsindən 2022-ci ildə ümumilikdə 257.27 mln. yapon yeni (~$1.8 mln.) məbləğində icarə haqqı əldə edilmiş, daşınmaz əmlakın 85%-i icarədə olub.
Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.
Fondun Yaponiyanın Tokyo şəhərində yerləşən Kirarito Ginza daşınmaz əmlak kompleksinin alış məbləği 52.3 milyard yapon yeni təşkil edib ki, 98%-i, yəni 51.989 milyard yapon yeni ARDNF tərəfindən, qalan hissəsi isə idarəetmə şirkəti tərəfindən ödənilib.
2016-cı ilin oktyabr ayında 31.5 milyard yapon yeni həcmində borc alınmış, bunun nəticəsində investisiya edilmiş əsas məbləğin bir hissəsi (60%) geri qaytarılıb.
Kreditin faiz dərəcəsi 0.81% təşkil etmişdir. 2015-2022-ci illər ərzində net icarə gəlirləri 52.1 mln. ABŞ dolları təşkil etmişdir. Əmlakın dəyəri 2015-ci ildə 52.3 milyard yapon yeni təşkil etmiş, 2022-ci ildə isə 56.9 milyard yapon yeni olmuşdur.
Əmlakın dəyəri Yapon yeninin ABŞ dolları ekvivalentində 2015-ci ildə 456.0 mln. ABŞ dolları olduğu halda 2022-ci ildə 432.0 mln. ABŞ dolları təşkil edib.
Banker.az olaraq bildirir ki, Tokyodakı qiymətlər yena ilə ifadə edildiyindən bu ABŞ dollarına çevrildəkdə məzənnə fərqi səbəbindən azalmış olur. Belə ki, Yaponiya Mərkəzi Bankı 2022-ci ildə inkişaf etmiş ölkələrin mərkəzi banklarından fərqli olaraq ultra-yumşaq pul siyasəti həyata keçirmişdi. ABŞ və Avropa mərkəzi bankları uçot faiz dərəcəsini sıfır və sıfırın altında 5 v 4 faizə qədər yüksəltidiyi halda, Yapon Bankı uçot faiz dərəcəsini neqativ 0.10%-də saxlamayıb. Nəticədə, Yena dollara nisbətdə ötən il 115 yen səviyyəsindən 140 yen səviyyəsinə qədər eniş yaşamasına səbəb oldu. Bu da 2022-ci ildə yananın dollara qarşı 22% ucuzlaşması deməkdir.
Bu mövzu ilə bağlı Banker.az 2022-ci ildə məqalə dərc etmişdi. Link
ARDNF-in Tokyodakı əmlakı 2015-ci ildəki qiymətindən isə cəmi 5% ucuzdur.