13 C
Baku
Tuesday, May 14, 2024

Dövlət Neft Fondunun vəsaitləri son iki ayda $2,8 mlrd. azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri ilin ilk rübündə 1,97 milyard dolları “əriyib”. Hətta son iki ay ərzində 2,8 milyard dollar azalıb.

Banker.az bu barədə suveren fondun 2020-ci ilin ilk rübü üzrə hesabatında deyilir.

Belə ki, cari ilin 1 yanvarında 43 milyard 323,3 milyon olan ehtiyat, 31 mart tarixinə azalaraq 41 milyard 349,5 milyon dollara düşüb.

Yanvar ayının sonu suveren fondun vəsaitlərinin həcmi 44,3 milyarda qədər artmışdı. Fevralda bu 43,9 mlrd. dollara və martda isə 41,3 mlrd. dollara düşüb.

Göründüyü kimi, Neft Fondu yanvar ayında təxminən $800 milyon qazanıb, fevralda $200 milyon itirib. Mart ayında isə itkisi $2,6 milyard dollar olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər