16 C
Baku
Monday, April 29, 2024

Dövlət Neft Fondunun xarici maliyyə bazarlarında investisiya fəaliyyəti

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən xarici maliyyə bazarlarında həyata keçirilən investisiya fəaliyyəti Fondun tərkibində fəaliyyət göstərən üç ofis – Ön, Orta və Arxa ofislər vasitəsilə aparılır. Ön və orta ofislərin funksiyalarını Vəsaitlərin idarə edilməsi müdiriyyəti nəzdində yaradılmış İnvestisiya və Risklərin idarə edilməsi departamentləri həyata keçirir.

İnvestisiya departamenti (Ön ofis)

İnvestisiya departamenti maliyyə bazarlarındakı vəziyyəti təhlil edərək investisiya strategiyasının hazırlanmasını və mövcud strategiyaya uyğun olaraq sabit gəlirli qiymətli kağızlar, pul bazarı alətləri, səhmlər, daşınmaz əmlak, qızıl və müxtəlif valyutaların alqı-satqısını həyata keçirir. Departamentdə 3 şöbə fəaliyyət göstərir:

• Sabit gəlirli qiymətli kağızlar üzrə şöbə;
• Səhmlər və alternativ investisiyalar üzrə şöbə;
• Pul bazarları və valyuta əməliyyatları üzrə şöbə.

Risklərin idarə edilməsi departamenti (Orta ofis)

Risklərin idarə edilməsi departamenti Fondun investisiya siyasəti və vəsaitlərin strateji bölüşdürülməsi (VSB) ilə əlaqədar təhlil və təkliflərin hazırlanması, seçilmiş VSB-yə uyğun bençmarkın seçilməsi və ya kompozit bençmarkın qurulması, “risk büdcəsi” – bençmarkdan mümkün kənarlaşmalar üzrə təkliflərin hazırlanması işini həyata keçirir. Eyni zamanda, risklərin ölçülməsi və idarə edilməsi, gəlirliliyin hesablanması və gəlirlilik maddələrinə görə bölüşdürülməsi, İnvestisiya departamenti tərəfindən həyata keçirilən investisiya fəaliyyətinin və Fondun investisiya portfelinin müvafiq qaydalara uyğun olmasına nəzarət, hesablamalar və araşdırmaların həyata keçirilməsi, modelləşdirmə və xarici menecerlərin fəaliyyətinə nəzarət funksiyaları da bu departamentdə həyata keçirilir. Departamentdə 2 şöbə fəaliyyət göstərir:

• Vəsaitlərin Strateji Bölüşdürülməsi/ Risklərin və gəlirliliyin ölçülməsi şöbəsi;
• Xarici menecerlərə nəzarət / Təhlil şöbəsi.

Hesablaşmalar departamenti (Arxa ofis)

Arxa ofisin funksiyalarını Fondun Maliyyə və əməliyyatlar müdiriyyəti nəzdində fəaliyyət göstərən Hesablaşmalar departamenti həyata keçirir.

Hesablaşmalar departamentində əqdlərin müəyyən edilmiş norma və qaydalara uyğunluğu yoxlanılır, əqdlərin verifikasiyası və icrası təmin edilir, eləcə də hesabların açılmasına dair sənədləşmə işləri həyata keçirilir, nağd vəsaitlər və əqdlər bank çıxarışları ilə, xarici menecerlərin əməliyyatları kastodial bankın məlumatları ilə gündəlik və aylıq olaraq tutuşdurulur.

ARDNF-nin valyuta vəsaitlərinin dəyişməsinin aylıq dinamikası

neftf

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər