2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli aktivlərin ümumi həcmi 60.710 mlrd. manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 17.143 mlrd. manat və ya 39.3% artım deməkdir.
Banker.az bunu SOCAR-ın konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Ən böyük artım Azərbaycan üzrə qeydə alınıb – 2023-cü ildə 29.338 mlrd. manat olan aktivlər 2024-cü ildə 44.083 mlrd. manata çataraq 14.745 mlrd. manat və ya 50.2% yüksəlib.
Türkiyədə də diqqətçəkən artım müşahidə olunub: ötən il 11.868 mlrd. manat olan uzunmüddətli aktivlər bu il 13.905 mlrd. manata yüksəlib, bu isə 2.037 mlrd. manat və ya 17.2%-lik artıma bərabərdir.
İsveçrədə isə əksinə, 2023-cü illə müqayisədə azalma olub – 925 mln. manatdan 844 mln. manata düşərək 81 mln. manat və ya 8.8% azalma baş verib.
Gürcüstanda cüzi azalma qeydə alınıb – 2023-cü ildə 885 mln. manat olan aktivlər 2024-cü ildə 870 mln. manata düşüb, bu isə 15 mln. manat və ya 1.7% azalmaya bərabərdir.
BƏƏ üzrə isə aktivlərin həcmi ötən ilin 187 mln. manat səviyyəsindən bu il 654 mln. manata qədər yüksəlib. Artım 467 mln. manat və ya 249.7% təşkil edib.
Şirkət 2024-cü ildə 84.689 mlrd. manat həcmində gəlirə əldə edib və bu, illik müqayisədə 512 mln. manat və ya 0.6 faiz azalmış olub. 2023-cü ildə 85.201 mlrd. manat gəlir əldə edilmişdi.
SOCAR-ın gəlirlərin böyük hissəsi İsveçrənin payına düşüb – 2024-cü ildə bu ölkədən 53.868 mlrd. manat gəlir əldə olunub, halbuki 2023-cü ildə bu rəqəm 58.649 mlrd. manat təşkil etmişdi.
Türkiyədən əldə olunan gəlirlər 2024-cü ildə 9.703 mlrd. manat olub, bu da əvvəlki ilin 8.795 mlrd. manatlıq göstəricisindən 0.908 mlrd. manat çoxdur. Azərbaycanda isə gəlirlər cüzi azalaraq 8.233 mlrd. manatdan 8.153 mlrd. manata düşüb.
Birləşmiş Ərəb Əmirlikləri üzrə ən böyük artım qeydə alınıb – 2023-cü ildə 5.676 mlrd. manat olan gəlir 2024-cü ildə 8.823 mlrd. manata yüksəlib. Gürcüstanda isə dəyişiklik müşahidə olunmayıb – hər iki ildə gəlir 1.556 mlrd. manat səviyyəsində qalıb.