25 C
Baku
Thursday, July 10, 2025

Dövlət Neft Şirkəti (SOCAR) ₼3 mlrd.-a yaxın xalis mənfəət əldə edib – Balansında ₼18 mlrd. bölüşdürülməmiş mənfəət var

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ildə 84.689 mlrd. manat həcmində gəlirə qarşı 2.927 mlrd. manat xalis mənfəət əldə edib. Halbuki, 2023-cü ildə 2.073 mlrd. manat xalis mənfəət əldə etmişdi.

Banker.az bunu SOCAR-ın konsolidə (birləşmiş) audit hesabatına istinadən xəbər verir.

Şirkətin gəlirlərinin həcmi illik müqayisədə 512 mln. manat və ya 0.6 faiz azalmış olub. 2023-cü ildə 85.201 mlrd. manat gəlir əldə edilmişdi.

SOCAR-ın gəlirlərin böyük hissəsi İsveçrənin payına düşüb – 2024-cü ildə bu ölkədən 53.868 mlrd. manat gəlir əldə olunub, halbuki 2023-cü ildə bu rəqəm 58.649 mlrd. manat təşkil etmişdi.

Türkiyədən əldə olunan gəlirlər 2024-cü ildə 9.703 mlrd. manat olub, bu da əvvəlki ilin 8.795 mlrd. manatlıq göstəricisindən 0.908 mlrd. manat çoxdur. Azərbaycanda isə gəlirlər cüzi azalaraq 8.233 mlrd. manatdan 8.153 mlrd. manata düşüb.

Birləşmiş Ərəb Əmirlikləri üzrə ən böyük artım qeydə alınıb – 2023-cü ildə 5.676 mlrd. manat olan gəlir 2024-cü ildə 8.823 mlrd. manata yüksəlib. Gürcüstanda isə dəyişiklik müşahidə olunmayıb – hər iki ildə gəlir 1.556 mlrd. manat səviyyəsində qalıb.

Gəlirlərinin isə 47.272 mlrd. manatı xam neft, 19.169 mlrd. manatı neft məhsullarının satışının payına düşüb.

Maya dəyərinin həcmi illik müqayisədə 0.8 faiz artaraq 77.296 mlrd. manata yüksəlməsi onun ümumi mənfəətini  son ildə 8.562 mlrd. manatdan 7.393 mlrd. manata endirib.

Şirkətin ümumi insibati xərlcərinin həcmi 2.252 mlrd., paylaşma xərcləri 2.045 mlrd. manat olub. Ən iri xərci isə maliyyə xərcləri təşkil edib – 2.074 mlrd. manat.

Bununla da şirkət ötən il 912 mln. manat mənfəət vergisi ödəmiş olub.

SOCAR-ın xalis mənfəətdən sonra kapitalındakı bölüşdürülməmiş mənfəəti 18.131 mlrd. manat olub.

 

Son xəbərlər
Digər xəbərlər