7 C
Baku
Thursday, December 12, 2024

Dövlət orqanlarının internet resurslarında böyük şriftlərdən istifadə olunmalıdır

Nazirlər Kabinetinin (NK) “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilməsi barədə Qərarı əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması üçün uyğun imkanların yaradılması məqsədi daşıyır.

NK-nın Mətbuat Xidmətindən bildirilib ki, Qərar əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən istifadəsi üçün imkanların yaradılması məqsədilə dövlət orqanları qarşısında tələbləri müəyyən edir.

Dəyişikliklərə əsasən, əlilliyi olan şəxslərin İnternet informasiya ehtiyatlarından rahat istifadəsi üçün dövlət orqanları qarşısında qoyulan tələblər aşağıdakılardır:

– mətn olmayan məzmun üçün mətn alternativlərindən istifadə olunmalı, audio və videoməzmunlar üçün transkript, altyazılar yerləşdirilməlidir. Həmçinin şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir.

– mətni oxumaq və istifadə etmək üçün kifayət qədər vaxtın ayrılması və mətnin aydın, ardıcıl olması təmin edilməlidir;

– mətnlərin oxunaqlı olmasına diqqət edilməli, başa düşülən dildən (üslubdan) və böyük şriftlərdən istifadə olunmalıdır.

Bu Qərar əlilliyi olan şəxslərin internet informasiya ehtiyatlarından faydalanma imkanlarını genişləndirərək, onların həmin resurslardan sərbəst, maneəsiz istifadə etmələrinə şərait yaradacaqdır.

Qərarda əlilliyi olan şəxslərin dövlət orqanlarının internet informasiya ehtiyatlarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə həmin şəxslər üçün informasiyanın əlçatanlığı, etibarlılığı, idarə ediləbilən və anlaşılan olması təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər