13 C
Baku
Sunday, September 29, 2024

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

İclasda komitə sədri Tahir Mirkişili, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, deputatlar və digər qonaqlar işirak edib.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər