Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu ilə bağlı test imtahanlarının proqramında dəyişiklik edib.
Dövlət qulluğuna qəbul məqsədilə gələn ildən etibarən keçiriləcək test imtahanlarının İnformasiya texnologiyaları üzrə proqramında müəyyən dəyişiklik edilib.
belə ki, Microsoft Office paketinin “Office 2010” versiyası “Office 2019” versiyası ilə əvəzlənib.
Namizədlərə elmi-metodik kömək məqsədi ilə yaxın vaxtlarda DİM-in çap etdiyi “İnformatika” vəsaitinin yenilənmiş nəşrinə “Office 2019” versiyasına aid müvafiq mövzular daxil edilib.