Dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.
Bu, Milli Məclisin qəbul etdiyi “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında edilən dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, dövlət qulluğu sistemində nəzərdə tutulan daha bir dəyişiklik dövlət qulluqçuları üçün müalicə müavinətinin ləğvinə yönəlib.
Mövcud qanunvericiliyə görə, bu müavinət bəzi dövlət orqanlarında çalışan işçilərə hər il məzuniyyətə çıxdıqda və ya il ərzində məzuniyyətə çıxmadıqda əməyin ödənilməsi fondu dairəsində bir aylıq vəzifə maaşı həcmində müalicə üçün verilən müavinətdir.
Qeyd edək ki, sözügedən dəyişikliklər dövlət qulluqçularının əməkhaqqına əlavələrin və dövlət qulluğunda mükafat sisteminin də ləğvini nəzərdə tutur.







