Dövlət Qulluğu haqqında qanun 19 maddəsində qeyd olinub ki, dövlət qulluqçularının hüquqlarından da biri dövlət məvacibi (19.0.3) və müavinatı (19.0.14) almaqdır.
Dövlət məvacibi (22.1) dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır
Dövlət məvacibi (22.2) vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
Dövlət qulluqçu üçün bəzi təminatlar haqqına Azərbaycan Respublikasının Prezidentinin 2003-cu il 23 oktyabr tarixli 948 nömrəli fərmanında qeyd edilir ki, dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir.
Vergi Məcəlləsinin 102.1.4 maddəsinə əsasən habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar vergidən azaddır. Buna əsasən də dövlət qulluqçusuna ildə birdəfə verilə müavinat vergidən azaddır.
Misal: A dövlət qulluqçusu sentyabrın 1-dən məzuniyyətə çıxır. Avqustda da tam ayı işləyib. Əmək haqqısı 1000 manatdı. Məzuniyyət pulu 1200 manat. Məzuniyyətə çıxan vaxtı birdəfəlik maaşı qədər (1000 manat) müavinat verilir.
Ümumi gəlirini hesablasaq 3200 manat edir. Amma burada vergi müavinatdan tutulmadığına görə, 1000 (maaş) və 1200 (məzuniyyətdən) vergi tutulacaq. Maaş avqustun gəliri olduğu üçün ayrıca həmin ay üçün (1000-200)*14% = 112 manat. Məzuniyyət (1200-200)*14%= 140 manat. Ümumilikdə 112+140= 252 manat vergi tutulacaq.
İqtisadçı-ekspert Rauf Qarayev