2025-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,4 min nəfər olmuşdur ki, onların da 30,3 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,7 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,5 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Banker.az xəbər verir ki, dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 12,5 faizini 25-29 yaşda, 18,2 faizini 30-34 yaşda, 16,1 faizini 35-39 yaşda, 12,8 faizini 40-44 yaşda, 9,9 faizini 45-49 yaşda, 7,6 faizini 50-54 yaşda, 8,4 faizini 55-59 yaşda, 9,7 faizini 60-64 yaşda, 2,0 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 2,0 faiz artaraq 1971,0 manat təşkil etmişdir.