Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilmsi barədə Fərman imzalayıb.
Fərmanla Milli Məclisi sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2 425 manat müəyyən edilib.