Nazirlər Kabineti “Dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun hazırlanıb, dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir., Qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş “Publik hüquqi şəxslər haqqında” qanuna əsasən dövlət qulluqçularına bərabər tutulan əməkdaşları istisna olmaqla, publik hüquqi şəxslərin, habelə dövlət orqanı olmayan digər qurumların yoxlayıcılarının fəaliyyətinə şamil edilir, Qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanlarının yoxlayıcılarının fəaliyyətinə şamil edilmir.