Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar da qeyd olunub.
Bunlardan biri də dövlər orqanlarında çalışanların iş qrafiki ilə bağlıdır.
Belə ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.
İşin əsas icraçısı Nazirlər Kabinetidir.
Qeyd edək ki, qolobal trendə əsasən, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir. Bu tədbirlər nəticəsində qısa zamanda və çox vəsait xərcləmədən nəqliyyat sistemləri üzərinə düşən yükü azaltmağa kömək edə bilər.