Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs “Uğur Tikinti” MMC ilə 2.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Xaçmaz, Lənkaran və Bərdə şəhərlərində Regional bölmələrin tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 334 143 manatdır.