11 C
Baku
Wednesday, December 11, 2024

Dövlət qurumu bəzi əraziləri vətəndaşlardan satın alacaq

“Azərsu” ASC boru xətlərinin keçdiyi və quruma aid tikililərin olduğu torpaq sahələrini alacaq. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.

Bununla bağlı olaraq qurum istifadəsində olan əsas vəsaitlərin və tikintisi altına düşən torpaq sahələrinin dəyərləndirilməsi və mütəxəssis rəyinin alınmasını həyata keçirəcək.

Sözügedən qiymətləndirməni “Sorğu Ekspert Mərkəzi” MMC icra edəcək və xidmət qarşılığında təşkilata 40 257 manat ödəniləcək.

Dəyərləndirilən torpaq sahələri Şabran, İsmayıllı, Neftçala, Balakən, Qazax rayonunda yerləşən həyətyanı və digər təyinatlı torpaqlardır.

“Azərsu” ASC məlumatı təsdiqləyib.

MənbəÖlkə.Az
Son xəbərlər
Digər xəbərlər