İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Gesco” ASC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən mühafizəyə ehtiyacı olan müəssisə və obyektlərdə 2023-cü il ərzində gözətçi və patrul xidməti nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 884 482 manatdır.
Qeyd edək ki, 26 may 2005-ci il tarixində təsis edilən GESCO müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir.