“Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxs iki sığorta şirkəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Qala Həyat Sığorta” və “Paşa Sığorta”dır.
“Qala Həyat Sığorta” şirkəti ilə bağlanan müqavilənin məbləği 4 min 382 manatdır. Bu müqavilədə icbari sığorta satın alınması nəzərdə tutulur.
Respublika Neyrocərrahiyyə Xəstəxanası sığorta tenderinin qalibi is “Paşa Sığorta” ASC-dir. Bu müqavilənin məbləği isə 306 manatdır.
Xatırladaq ki, “Qala Həyat” Sığorta Şirkəti 2010-cu ildən fəaliyyətə başlayıb. “Qala Həyat” 13 041 600 manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir. Şirkətin əsas səhmdarı aktivlərinin həcminə görə ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.
Onu da qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.