5 C
Baku
Saturday, December 14, 2024

Dövlət qurumu onlayn supermaket yaratdı, evdən çıxmadan ərzaq sifarişi mümkündür

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması, eləcə də, infeksiya səbəbindən ev şəraitində qalmağa üstünlük verən vətəndaşlar qida və ərzaq məhsullarına olan tələbatlarını evdən çıxmadan onlayn sifariş verə bilərlər.

Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyilə onlayn supermarket (“BakuMart Supply” tətbiqi) yaradılıb.

Ərzaq məhsullarının çatdırılması xidmətlərinin təşkilinə dair KOBİA-nın təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə keçirdiyi görüşlərin və Agentliyə daxil olan müraciətlərin nəticəsində “BakuMart Supply” tətbiqi təkmilləşdirilib və mövcud vəziyyətlə bağlı karantin tələblərinə uyğunlaşdırılıb.

“BakuMart Supply” tətbiqinin təkmilləşdirilməsinə KOBİA ilə yanaşı, biznes tərəfdaşlığı platforması çərçivəsində yerli logistika, təchizat və onlayn ödəniş sistemləri tərəfindən də dəstək göstərilib.

Karantin dövründə “BakuMart Supply” vasitəsilə edilmiş sifarişlərin çatdırılması pulsuzdur.

Onlayn supermarketə sifarişlər yalnız veb sayt (https://bakumart.az/#/landing) və mobil tətbiq vasitəsilə verilə bilər:

iOS istifadəçiləri üçün yükləmə linki – bit.ly/bakumartiosA

Android istifadəçiləri üçün yükləmə linki – bit.ly/bakumartandroid

Son xəbərlər
Digər xəbərlər