14 C
Baku
Wednesday, November 20, 2024

Dövlət qurumu ötən il 16 milyon manatlıq kənd təsərrüfatı texnikası satıb

2023-cü ildə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 15,5 milyon manat dəyərində kənd təsərrüfatı texnikası satıb.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, sənədə əsasən, ötən il səhmdar cəmiyyəti 78 müraciət üzrə 3,1 min baş damazlıq heyvanın (2 189 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) güzəştli şərtlərlə alışı üçün 7,4 milyon manat vəsait ayırıb.

Hesabat dövründə “Aqroservis” kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyəri 22,3 milyon manat olan 38,5 min ton müxtəlif təyinatlı mineral gübrə, o cümlədən 4,8 min ton ammonium nitrat, 430 ton ammofos, 3,7 min ton nitroammofoska, 29,4 min ton karbamid, 150 ton ammonium sulfat, 50 ton kalium sulfat gübrəsi və dəyəri 200 min manat olan 10 min litr pestisid satıb.

Son xəbərlər
Digər xəbərlər