“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Fərhad” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.582.826 manatdır.
Qeyd edək ki, “Fərhad” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 6 manatdır və qanuni təmsilçisi Elnur Məmmədovdur. 10.04.2023-cü il tarixinə şirkətin vergi borcu 59714.40 manat təşkil edir.