“Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxs “Zeytun Pharmaceuticals” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə COVİD-19 un təyin olunması üçün testin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 17 min 146 manatdır.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 600 manatdır və qanuni təmsilçisi Bəhruz Şirəliyevdir.