“Artıq “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırdır və təqdim olunub”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Nazir müavini bildirib ki, bu sahədə problemlər yeni qanunla aradan qaldırılacaq: “Yeni qanun layihəsi olduqca proqressivdir. Qanun layihəsi aidiyyəti qurumlara təqdim edilib”.