“Dövlət satınalmaları ilə bağlı bir sıra qanun pozuntuları aşkarlanıb”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, hesabat ilində dövlət satınalmaları sahəsində nəzarət obyektlərinin nizamnamə ilə müəyyən edilmiş işləri kənar qurumlar vasitəsilə həyata keçirilməsi aşkarlanıb: “Dövlət satınalmalarının əhatə dairəsi genişlənməli, satınalmaların planlaşma hissəsinin əhatəliliyi artırılmalıdır. Dövlət satınalmaları sahəsində şəffaflığın artırılmasına ehtiyac var”.