1 C
Baku
Saturday, December 14, 2024

Dövlət satınalmaları üzrə vahid internet portalı “ASAN ödəniş” sisteminə inteqrasiya edilib

Dövlət satınalmaları vahid internet portalı “ASAN ödəniş” sistemi ilə inteqrasiya edildi.

Bunu  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən deyiblər.

Xidmətdən bildirilib ki, portalda hər bir malgöndərənin “Şəxsi kabineti” mövcuddur ki, bu da onlar tərəfindən aparılan müxtəlif əməliyyatların asanlaşdırmasına xidmət edir.

“Gələcəkdə portalın funksionallığı daha da artırılacaq ki, burada söhbət müxtəlif digər dövlət qurumların sistemləri ilə inteqrasiyadan gedir. Misal olaraq vergilər sistemi ilə inteqrasiya tender iştirakçısı barədə zəruri məlumatları avtomatik olaraq əldə etməyə imkan yaradacaq. Bu o deməkdir ki, iştirakçı tərəfindən əlavə olaraq vergi arayışının almasına ehtiyac yaranmayacaq. Hazırda mütəxəssislər tərəfindən bu istiqamətdə işlər aparılır və qurumların texniki hazırlığı uyğunlaşdırılarkən sistemə inteqrasiya olunacaq”, – deyə Xidmətdən bildirilib.

Son xəbərlər
Digər xəbərlər