“İnpeks.N” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “İnpeks.N” MMC-nin vergi borcu 1 008 644 manatdır.
Qeyd edək ki, bu şirkət 2013-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İntiqam Ramazanovdur.